Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Hizbullah” lideri Həsən Nəsrullah və qızı Zeynəb Nəsrullah öldürülüb - YENİLƏNİB

“Hizbullah” lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.

“Reuters” xəbər verir ki, bu barədə “Hizbullah”a məxsus “Əl-Mənar” telekanalı məlumat yayıb.

Təşkilatdan telekanala verilən açıqlamada "Hizbullah"ın İsrailə müqavimət göstərməyə davam edəcəyi bildirilib.

***

İsrail Müdafiə Ordusu Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti bildirib.

Məlumata görə, Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu bombalaması nəticəsində ölüb.

“Hizbullah” hələ ki xəbəri təsdiqləməyib.

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələri nəticəsində Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah ölüb.

Bu barədə İsrailin "12-ci" telekanalı məlumat yayıb.

Bildirilib ki, Z.Nəsrullah “Hizbullah”ı dəstəklədiyini dəfələrlə bəyan edib.

Xatırladaq ki, Həsən Nəsrullahın böyük oğlu Hadi Nəsrullah da 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə ölüb.