
İsrail ordusu "HƏMAS" və "İslami Cihad" komnandirlərini məhv etdi
14 İyul 2025
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında "HƏMAS" və "İslami Cihad" radikal qruplaşmalarının bir neçə səhra komandirini öldürüb.
TASS xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, son iki həftə ərzində İsrail Ordusu HƏMAS-ın hərbi qanadı və "İslami Cihad" terror təşkilatının müxtəlif bölmələrindəki bir sıra komandirləri zərərsizləşdirib.
Belə ki, bu bölmələr terror təşkilatlarının hərbi potensialının bərpası istiqamətində fəaliyyət göstərib.
Mətbuat Xidməti əlavə edib ki, öldürülən radikallar silah istehsalı üçün qərargah və HƏMAS-ın hərbi kəşfiyyat bölməsini yenidən yaratmağa çalışıblar.