İsrail Azərbaycana iki kəşfiyyat peyki verəcək - Haaretz
27 Aprel 2023
Ötən həftə Azərbaycan kəşfiyyat peykini itirib. Bundan sonra Bakı “Israel Aerospace Industries” şirkətinə 120 milyon dollara iki yeni peyk sifariş edib. Bu barədə aprelin 26-da İsrailin “Haaretz” nəşri məlumat yayıb.
Ötən həftə Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Eli Koen “Times of Israel” qəzetinə müsahibəsində Azərbaycanın “peyk müqaviləsində İsrail şirkətini seçdiyini təsdiqləyib.
Kütləvi informasiya vasitələrinin məlumatlarına, rəsmi açıqlamalara əsasən, İsrail Bakıya geniş çeşiddə hərbi texnika ixrac edib - Tavor tüfəngindən tutmuş ən qabaqcıl texnologiyalara, o cümlədən radarlar, hava hücumundan müdafiə sistemləri, tank əleyhinə və ballistik raketlər, gəmilər və müxtəlif növ hərbi texnika, eləcə də hərbi və kəşfiyyat pilotsuz təyyarələri.
İsrail şirkətləri Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərini izləmək üçün Verint və Pegasus casus texnologiyalarını da verib.