“İslam inqilabından indiyədək İran qonşu ölkələrin heç birinə hücum etməyib” - Vilayəti
16 Aprel 2023
İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti "Mən də azərbaycanlıyam" adlı məqalə yazıb. İRNA agentliyinin yaydığı həmin məqaləni təqdim edirik:
“Azərbaycanın öz siyasi sərhədləri var və İran digər müstəqil dövlətlər kimi bu ölkənin də ərazi bütövlüyünə hörmət etdiyini nümayiş etdirdi.
Həm İranın, həm də Azərbaycanın tarixi, mədəni və dini dəyərləri iki ölkənin “ortaq mədəni irsi”dir.
Dünyanın müəyyən dairələri İranın regional dövlətlərlə dinc yanaşı yaşamaq, milli, regional və beynəlxalq təhlükəsizliyi, sülhə sadiqliyi rəhbər tutan siyasətini qəbul etmək istəmir.
Azərbaycan vətəndaşları zəhmətkeş və etibarlı insanlardır, Allahın icazəsi ilə ölkələrini inkişaf etdirirlər. Azərbaycanlılar əmindirlər ki, İran İslam Respublikası Azərbaycan Respublikasının maraqlarının keşiyində dayanır.
İslam inqilabından indiyədək İran İslam Respublikası 15 qonşu ölkənin heç birinə hücum etməyib, heç bir müharibənin təşəbbüskarı olmayıb və olmayacaq.
Əminik ki, Cənubi Qafqazda əsas oyunçular sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində çalışmasalar, bəzi qüvvələr bulanıq sularda arzuladıqları balığı tutmağa çalışacaqlar...”.