Logo
news content
User
Kateqoriyalar

Xəbər

İşğaldan azad edilmiş 4 rayonda 16 min ev tikiləcək

Qarabağa qayıdışla bağlı dövlət proqramının hazırlanması davam edir. Artıq işğaldan azad edilmiş bəzi ərazilərdə tikiləcək evlərin sayı bəllidir.

Pressklub.az-ın məlumatına görə, 2022-2026-cı illərdə Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında 15 999 evin tikintisi nəzərdə tutulub.

Bunu prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun Ağdamda keçirilən iclasında deyib.

“Baş plan Ağdamda ilk dəfə təsdiq olunduğundan burada bir neçə pilot layihə həyata keçiriləcək. Onlardan 2 yaşayış massivinin layihələndirilməsinə başlanılıb, daha 2 layihə nəzərdə tutulub. Bu layihələr 2023-cü ildən hissə-hissə həyata keçiriləcək. Kifayət qədər vəsait ayrılıb. 2026-cı ilə qədər qarşıya bir çox iqtisadi vəzifələr qoyulub. Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında çoxsaylı infrastruktur layihələri həyata keçirilir. Prezidentin təməlini qoyduğu layihələr üzrə işçi qrupları yaradılır”.