Logo
news content
User
Kateqoriyalar

Xəbər

İşarəni dənizən gözləyin - Rusiya Azov dənizində nə işlə məşğuldur?

Rusiya Azov dənizinə sürətli katerlər daşımağa başlayıb. Sosial şəbəkələrdə bir neçə saat əvvəl yayılan görüntülərdə Rostov vilayətindəki “Don” federal şossesində xüsusi qoşqularda daşınan “Raptor” sürətli katerləri əksini tapıb. Şahidlərdən biri azı dörd belə katerin şosse ilə daşındığını qeydə alıb. Bildirilir ki, katerlər Azov dənizinə tərəf aparılır.

Sürətli katerlərin Azov dənizinə daşınmasının məqsədi barədə heç bir məlumat verilmir, bununla belə katerlərdən birinin üzərindəki bort nömrəsindən onların Rusiyanın Xəzər donanmasına aid olduğunu müəyyən etmək mümkün olub.



Ukraynada bu görüntülərə reaksiya verərək qeyd edirlər ki, Rusiya Azov dənizində xüsusi olaraq hərbi iştirakını gücləndirir. Bundan əvvəl xarici ekspertlər ehtimal edirdilər ki, Rusiyanın Ukraynaya hücum istiqamətlərindən biri də Azov dənizi sahilində yerləşən Mariupol şəhəri ola bilər.

“Raptor” sürətli katerləri 2013-cü ildə silahlanmaya daxil olub və əsas funksiyalarından biri də sahilə qəfil yan alaraq kiçik desant qruplarının çıxarılmasını təmin etməkdir. Katerlər silah və təchizatı ilə birlikdə 20 desantçı daşıya bilir. İndiki halda bu katerlər mümkün irimiqyaslı hərbi müdaxilədən əvvəl  GRU xüsusi təyinatlılarından ibarət diversant qruplarını Ukrayna sahillərinə atmaq üçün istifadə oluna bilərdi.



Xatırladaq ki, Qərb ölkələri Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin qaçılmaz olduğu haqda xəbərdarlıq edirlər. Hücumun başlaması üçün fevralın ortaları seçilə bilər. (virtualaz)