Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda "İstefa" qışqıracaqlar - Paşinyan üçün

Martın 13-də İrəvanda “Birlikdə” hərəkatının Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqi keçiriləcək.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hərəkatın nümayəndəsi, sabiq baş nazir Qrant Baqratyan məlumat verib.

Onun sözlərinə görə, mitinq İrəvanda yerləşən "Azadlıq" meydanında baş tutacaq.

Q.Baqratyan bildirib ki, hərəkat nümayəndələri vətəndaşları mövcud hakimiyyətə qarşı etiraz aksiyalarına qoşulmağa çağırmaq üçün bir çox mühüm görüşlər keçirib:

“Vətəndaşları tədricən mübarizəyə qaldıracağıq. Xalq bizə qoşulmalıdır. Biz bütün müxalifət qüvvələri ilə əməkdaşlığa açığıq”.