Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda fərarilikdə şübhəli bilinən rusiyalı saxlanıldı

Ermənistanın paytaxtı İrəvanda Rusiya vətəndaşı fərarilikdə şübhəli bilinərək saxlanılıb.

Pressklub.az xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 23 yaşlı rusiyalı Yuri T. fərarilik ittihamı ilə saxlanılıb. O, Rusiya təhlükəsizlik qüvvələri tərəfindən axtarışa verilmişdi.

Yuriyə qarşı “hərbi nəzarət” qətimkan tədbiri seçilib. Saxlanılması barədə Ermənistan prokurorluğu və axtarışın təşəbbüskarları olan Rusiya təhlükəsizlik qüvvələri məlumatlandırılıb.

Bu, yəqin ki, müharibə başlayandan bəri Rusiyada fərariliyə görə axtarışa verilmiş adamın Ermənistan polisi tərəfindən ilk saxlanmasıdır.