Logo
news content
User
Kateqoriyalar

Xəbər

"İrəvan üzvlüyünü dondurmayıb" - KTMT Paşinyanı təkzib etdi

İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb.

Bu barədə KTMT-dən bildirilib.

Qeyd olunub ki, Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı dediklərində, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb.