Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranlı generaldan üstüörtülü hədə: Ehtiyatmı, qorxaqlıqmı…

İran Ordusunun Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiumars Heydari Tehranda qılınan cümə namazında qonşu ölkələrdən biri barədəsində hədə ilə danışıb.

Heydəri konkret ölkə adı çəkməsə də 2020-ci ildə baş vermiş 44 günlük müharibəni nəzərdə tutub.

“İranın əldə etdiyi informasiyaya görə, "Qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geopolitik şərtləri dəyişmək planlarına sahib olub”, deyə general vurğulayıb.

O, əlavə edib ki, həmin tarixlərdə İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirib və bəzi məlumatlar əldə edib:

“İran regionda "sionist rejim”in fəaliyyətini müşahidə edir və bu rejimin elementləri regionu tərk etməlidir”.