İranla razılaşma imzalanacağı təqdirdə, Tramp görüşdə şəxsən iştirak edə bilər
21 Aprel 2026
İranla razılaşma imzalanacağı təqdirdə, ABŞ Prezidenti Donald Tramp görüşdə şəxsən və ya onlayn formatda iştirak edə bilər.
Bu barədə “Reuters“ mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-İran danışıqları prosesi plan üzrə davam edir.
Qeyd olunub ki, tərəflər arasında mümkün razılaşma ilə bağlı müzakirələr davam edir və yaxın günlərdə nəticə əldə oluna bilər.