Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın yeni vitse-prezidentinin kim olacağı bilindi

İranın yeni vitse-prezidenti məlum olub.

Ölkənin yeni prezidenti Məsud Pezeşkian 73 yaşlı islahatçı siyasətçi Məhəmməd Rza Arifi vitse-prezident təyin edib

O, əvvəllər Məhəmməd Xatəminin prezidentliyi dövründə birinci vitse-prezident vəzifəsində çalışıb (1997-2005).

Məhəmməd Rza Tehran şəhərindən İran parlamentinə deputat seçilib. O, bu günə qədər Mədəni İnqilab üzrə Ali Şuranın və ölkənin Məsləhət Şurasının üzvü olub.