İrandan Xəzər vasitəsilə Azərbaycana narkotik keçirməyə çalışdılar
04 May 2023
Azərbaycan Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınmışdır. Bu barədə Dövlət Sərhəd Xidmətinin mayın 4-də yaydığı məlumatda deyilir.
Astara reydində olan Sahil Mühafizəsinin gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycanın ərazi sularında 12 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış bir ədəd kisə aşkar edilmişdir.
Kisəyə baxış zamanı ümumi çəkisi 6 kiloqram 630 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.