Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda ziyarətgaha hücum edən terrorçuya ölüm cəzası verildi

İranın Şiraz şəhərində yerləşən Şahçıraq ziyarətgahına terror hücumu etməkdə ittiham olunan Tacikistan vətəndaşı Rəhmətullah Norozaf barəsində edam hökmü çıxarılıb.


“Presklub” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu  Şiraz məhkəməsinin hakimi höccətülislam Seyid Kazem Musəvi bildirib.


Onun sözlərinə görə, Mustafa Aslamyar kimi tanınan Rəhmətullah Norozaf İranın təhlükəsizliyinə qarşı çıxmaqda, üsyana çağırışda, Şahçırağa hücum təqsirli barəsində ölüm hökmü çıxarılıb. Rəhmətullah Norozaf İŞİD terrorçu qrupu ilə  əlaqədə olmaqda da təqsirli bilinib. O qeyd edib ki, 20 gün ərzində məhkəmənin qərarından apelyasiya məhkəməsinə müraciət oluna bilər.


Məlumata görə, bu ilin avqustunda baş verən hadisə nəticəsində 2 nəfər ölmüş, 7 nəfər yaralanmışdı.


Hadisə ilə bağlı tutulan başqa şəxslər 5 il müddətinə azadlıqdan məhrum ediliblər.