İranda toqquşmalar zamanı ölənlərin tam siyahısı açıqlanıb
21 Fevral 2026
İranda etirazlar zamanı həlak olan şəxslərin tam siyahısı dərc olunub.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial media hesabında paylaşım edib.
Əraqçi bildirib ki, hökumət "tam şəffaflıq vədinə sadiq qalaraq" etirazlar zamanı həlak olmuş 3 117 nəfərin, o cümlədən 200 zabitin tam siyahısını dərc edib.
Qeyd edək ki, daha əvvəl iğtişaşlar zamanı həlak olmuş 2 986 nəfərin siyahısı dərc olunmuşdu.
İranda ötən ilin axırından yanvarın ortalrınadək inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilmişdi.