Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda müharibə zamanı ölənlərin sayı açıqlanıb

ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölkədə təxminən 3500-ə yaxın şəxs həlak olub.

Bu barədə İranda ölülərin işləri üzrə fondun rəhbəri Seyid Əhməd Musəvi məlumat verib.

Onun sözlərinə görə, münaqişənin başlanğıcından bəri 3468 ölüm hadisəsi barədə məlumatlar var.

Qeyd edək ki, "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb ki, danışıqlar prosesində heç bir irəliləyiş olmazsa, ABŞ administrasiyası yaxın günlərdə İrana qarşı hərbi əməliyyatlara yenidən başlaya bilər.