Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda hicabsız qadınlar ictimai nəqliyyata buraxılmır

İranda məcburi hicab qaydalarını riayət etməyən qadınlara qarşı təzyiqlər güclənib.

Aprelin 4-də İsfahan şəhərində məcburi hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilmədiyi bildirilir.

İsfahan metro dayanacaqlarının girişində "Hicabsız şəxslərə bilet satılmayacaq" məzmunlu xəbərdarlıq bildirişlərinin yapışdırılıb.

Sosial media fəallarının verdiyi məlumata görə, bir neçə yerdə metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.

Qeyd edək ki, İranda son etirazlar zamanı məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngiməsindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsinə görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.