Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda hicab taxmamağa çağırış edənlər mühakimə olunacaqlar

Qadınları hicab taxmamağa çağıran şəxslər hökmdən şikayət etmək hüququ olmadan İranın cinayət məhkəmələrində mühakimə olunacaqlar.

Pressklub.az xəbər verir ki, bu açıqlama ilə ölkənin baş prokurorunun müavini Əli Camadi çıxış edib.

“Hicabın açılmasının təbliğilə bağlı işlərə cinayət məhkəməsində baxılacaq. Məhkəmənin qərarları qəti olacaq, şikayət imkanı verilməyəcək. Bu cür təbliğatın cəzası hicabın çıxarılmasından qat-qat ağır olacaq”, - deyə o, bildirib.

Qeyd edək ki, İran polisi bir həftə əvvəl hicabsız küçələrə çıxan qadınları aşkar etmək üçün ictimai yerlərdə kameralar quraşdırıb.