Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda güclü zəlzələ olub

İranın Fars əyalətinin əhalisi 35 min civarında olan Mehr şəhərindən 29 km cənub-şərqdə 5,1 maqnitudalı zəlzələ olub.

Pressklub.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 2 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.