Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda daha bir olay: Müdafiə sənayesi obyektində partlayış olub

İranın paytaxtı Tehranın 30 km cənub-şərqində ötən gecə müdafiə sənayesi obyektlərindəki qəza nəticəsində ölənlər və yaralananlar var.

“Israelinfo” xəbər verir ki, müəssisənin fəaliyyəti barədə məlumat verilməyib.

Ancaq onun İranın nüvə proqramına bağlılığı və qapalı sənaye müəssisəsi olduğu qeyd edilib.

Məlumata görə, yaralılar hospitala yerləşdirilib.

Sakinlər kompleksin ərazisində güclü partlayış səsi eşitdiklərini söyləyiblər.