Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda ABŞ və İsrail "casusları" edam ediləcək

İranda ABŞ və İsrailin xeyrinə casusluqda ittiham olunanlar edam ediləcək.

SNN TV xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi xəbərdarlıq edib.

Onun sözlərinə görə, ABŞ və İsraillə əməkdaşlıq edən bəzi şəxslərlə əlaqəli əmlakın müsadirə edilməsi və dondurulması barədə məhkəmə qərarı verilib, nəzərdə tutulan digər cəza isə ölüm cəzasıdır.

Qulamhüseyn Möhsini Ejeyi “xalqın təhlükəsizliyini təhdid etməyə çalışan bütün elementlərə” xəbərdarlıq edib. O əlavə edib ki, həmin şəxslər təhdid yaratmağa çalışsalar, qətiyyətli qanuni tədbirlərlə qarşılaşacaqlar, heç bir güzəşt olmayacaq.

Qeyd edək ki, martın 15-də İran polisinin rəhbəri general Rza Radan fevralın 28-dən casusluqda şübhəli bilinən 500 nəfərin saxlanıldığını bildirib.