Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda 5 əsgər yoldaşını güllələyib öldürən hərbçi tutulub

İranın Kirman ostanında ordu təlim düşərgəsində baş vermiş silahlı insidentdə beş nəfər ölüb.

IRNA xəbər verir ki, bu barədə briqada generalı Əmir Qulamalian deyib.

Onun sözlərinə görə, insident bazar günü yerli vaxtla 16:35-də olub. O qeyd edib ki, əsgərlərdən biri yoldaşlarına atəş açaraq 5 nəfər qətlə yetirib.

“Həmin şəxs Zerend şəhərinin yaxınlığında saxlanılıb”, – briqada generalı Əmir Qulamalian açıqlayıb.