Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda 209 nəfər edam edilib

“İranda 2023-cü  ilin əvvəlindən hakimiyyət orqanları tərəfindən 209 nəfər edam edib”.

Bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani jurnalistlərə açıqlaması zamanı deyib.

R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilir.

Bildirilib ki, hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olur.