İrana qarşı müharibədə öldürülən ABŞ hərbçilərinin sayı yeddiyə çatıb
09 Mart 2026
ABŞ-nin İrana qarşı əməliyyatının başlamasından bəri Amerikanın həlak olan hərbçilərinin sayı yeddiyə çatıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində xəbər verib.
"Dünən gecə bir ABŞ hərbçisi İranın ilkin cavab zərbələri nəticəsində aldığı xəsarətlərdən ölüb. Bu, "Epik qəzəb" əməliyyatı zamanı döyüşdə həlak olan yeddinci hərbçidir", - bəyanatda deyilir.
Qeyd olunur ki, mərhum Səudiyyə Ərəbistanında yerləşən bölmədə xidmət edib və martın 1-də ağır yaralanıb.