Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran yenə hədələdi - “Haniyənin öldürülməsi cavabsız qalmayacaq”

“HƏMAS-ın rəhbəri İsmayıl Haniyəyə edilən hücum cavabsız qalmayacaq və tezliklə bu, baş verəcək”. 

İRNA agentliyi xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin aparat rəhbəri Məhəmməd Məhəmmədi Qolpayeqani bildirib:

“İsrailin bu hərəkətinə tezliklə cavab veriləcəyi gözlənilir”.

Qeyd edək ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İsraili ağır cavab zərbəsi ilə hədələmişdi.