İran Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edəcək
04 Fevral 2023
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Əfqanıstanla bağlı məsləhətləşmələr üçün gələn həftə Rusiyaya səfər etmək niyyətindədir.
Bu barədə Rusiya KİV-i Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulovun açıqlamalarına istinadən məlumat yayıb.
Rusiyalı diplomatın sözlərinə görə, görüş zamanı İranla vəziyyəti müzakirə etmək planlaşdırılmır.
“Bəli, gələcək. Bu, Təhlükəsizlik Şurasının xətti ilə keçiriləcək tədbir olacaq. Bu, planlaşdırılan tədbirdir, çoxdan düşünülürdü”, - Z.Kabulov vurğulayıb.
Qeyd olunur ki, Rusiyaya səfəri zamanı Ə.Şamxani bir sıra ölkələrin təhlükəsizlik şuralarının rəhbərləri səviyyəsində Əfqanıstan üzrə ənənəvi çoxtərəfli görüşdə iştirak edəcək.
İran Təhlükəsizlik Şurası katibinin səfəri ilə bağlı digər təfərrüatlar açıqlanmır.