Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran sünni din alimlərini həbs etdi

Özünü İslam dövləti adlandıran və dinin keşiyində durduğunu elan edən İran bir daha simasını göstərib. Bu dəfə molla rejimi məzhəb ayrı-seçkiliyi ilə gündəmə gəlib.

Pressklub.az “Rasanknews”ə istinadla xəbər verir ki, ölkənin Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 3 sünni din alimi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Bildirilib ki, Mövləvi Abdus Salam, Reza və qardaşı Mövləvi Abdülrauf Rəxşəni təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən yaşadıqları evdən naməlum istiqamətə aparılıblar. Abdus Salam bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb. Qardaşı isə həbs olunub.

Qeyd edək ki, rejimin din alimlərinə qarşı repressiyalarını bir çox din xadiminin sükutla qarşılaması üləmalar arasında etiraza səbəb olub.