Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran İsrailə hücum etdi - 500 raket atılıb

İran İsraili raket atəşinə tutub.

Telekanalların məlumatına görə, İrandan İsrailə 500-ə yaxın raket atılıb. 

İran mənbələri raketlərin 80 faizinin hədəflərə çatdığını, hətta İsrailin 20-dən çox F-35 təyyarəsinin məhv edildiyini iddia edib. Digər məlumatlara görə, İsrailin hərbi bazalarına, neft və qaz sektoruna zərbə endirilib.

SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.

İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib ki, ölkəsi həm müdafiə, həm də hücuma hazırdır.