İran Hörmüz boğazını minaladığını deyir, Tramp inanmır
12 Mart 2026
İran Hörmüz boğazında onlarla mina yerləşdirib.
Bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu addım dünya neft və mayeləşdirilmiş təbii qaz daşımaları üçün mühüm marşrut hesab olunan dar su yolunun yenidən açılmasını çətinləşdirə bilər.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərin suallarını cavablandırarkən İran silahlı qüvvələrinin Hörmüz boğazında minalar yerləşdirdiyi xəbərini doğru hesab etmədiyini bildirib.
“Biz belə düşünmürük”, – deyə Tramp Hörmüz boğazının minalanması ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Qeyd olunur ki, ABŞ və İsrailin 12 gün əvvəl başlatdığı müharibə səbəbindən İran sahilləri boyunca yerləşən bu strateji keçid vasitəsilə neft və LNG ixracı faktiki olaraq dayanıb.
Bu vəziyyət dünya enerji qiymətlərinin kəskin artmasına səbəb olub.
Mənbələrdən biri deyib ki, yerləşdirilən minaların əksəriyyətinin dəqiq yerləri məlumdur, lakin ABŞ-ın onlarla necə mübarizə aparacağı barədə məlumat verilməyib.