İran düyünü necə açılacaq?
04 Fevral 2023
Azərbaycan-İran münasibətlərindəki gərginlik müstəqilliyin ilk illərindən davam edir. Zamanla “qabarma-çəkilmə” olsa da fundamental problemlər əsaslı həllini tapmayıb. 44 günlük müharibədən sonra isə ziddiyyətlər kəskinləşib, tərəflər qarşılıqlı olaraq güc nümayişinə əl atıblar. Vəziyyətin bu həddə gəlməsi hansısa cari maraqlarla bağlı deyil. Azərbaycan İran rejiminin yürütdüyü siyasəti öz milli təhlükəsziliyinə təhdid hesab edir, eyni zamanda Tehran Azərbaycanın varlığını, beynəlxalq mövqelərini gücləndirməsini, Türkiyə və İsraillə müttəfiqlik münasibətlərini özünə təhdid sayır.
İrana qarşı nüvə proqramından dolayı beynəlxalq güclərin təhdidlərinin artdığı vaxtda Tehran Azərbaycanı da anti-İran koalisiyasının üzvü kimi qəbul edərək, onu özünə qarşı potensial təhlükə hesab edir. Bu gərginlik nə zamana qədər davam edəcək, onun həlli mümkündürmü, tərəflərin kompromis imkanları nədən ibarətdir?
Bu suallara cavab tapmaq üçün əvvəlcə əsas ziddiyyətlərin mənbəyinə baxmaq lazımdır.
İran müstəqil, dünyəvi, demokratik, inkişaf etmiş Qərb ölkələri ilə yaxşı əlaqələrə malik olan, o cümlədən Türkiyə ilə strateji müttəfiq olan Azərbaycanı özünə təhdid sayır. Xarici siyasət də bu “təhdidi” neytrallaşdırmaq istiqamətində qurub, davamlı olaraq siyasi, dini, diplomatik, iqtisadi alətlərdən istifadə edib. Azərbaycan hakimiyyətinə daxildən “yumşaq güclə” təzyiq riçaqları yaratmaq üçün öz “ordusunu” formalaşdırmağa çalışıb. Dini qurumlar, xarici kəşfiyyat strukturları fasiləsiz olaraq Bakıətrafı kəndlərdə, cənub və aran bölgələrində çalışaraq teokratik rejimin kultlarına itaət edən kütlələr yaradıb. Zaman-zaman onların bir hissəsini siyasi müstəviyə transfer edib, habelə media, vətəndaş cəmiyyətinə sirayət edib, dini mərasimləri, ayinləri dövlətin nəzarətindən çıxarmağa cəhd edib.
Biz xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarla İran kəşfiyyatının izlərini dövlət strukturlarında, təhlükəsizlik və müdafiə qurumlarında da görmüşük. Habelə cənubdan Azərbaycana istiqamətlənən narkotrafikin arxasında qonşu ölkənin hüquq-mühafizə orqanlarının dayandığı da şübhə doğurmur.
Bunlar və sadalanmayan digər həmlələrin əsas hədəfi Azərbaycanı sarsıtmaq, cəmiyyəti fundamental dəyərlərini məhv edərək, İranın hakim ideologiyasına tabelə olan “şiə ümmətinə” çevirməkdən ibarətdir.
Azərbaycan dövləti İranın bu hücumlarına qarşı tədbirlər görüb, bu istiqamətdəki nailiyyətlər sırasında daha çox xüsusi xidmət orqanlarına bağlı qrupların ifşa olunmasını, narkomafiyanın xidmətində dayanan şəbəkələrin ifşasını qeyd edə bilərik. Amma təəssüf ki, İranın nəhəng ekspansiyasının dağıdıcı təsirlərini tam şəkildə önləmək mümkün olmayıb. Nəticədə Azərbaycanda öz dövlətinə qarşı çıxacaq kütlələr formalaşıb və onlar bu gün İran tərəfindən dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə olunur.
İran rejimi həm də Ermənistandan Azərbaycana qarşı var gücü ilə istifadə edib. Ötən 30 ildə işğalçı ölkənin iqtisadi, hərbi cəhətdən gücləndirilməsi bu məqsədə xidmət edib. Şübhəsiz ki, ötən illər ərzində Azərbaycandakı İrana bağlı casus şəbəkəsi həm də Ermənistan üçün çalışıb, düşmən ölkəni lazımlı kəşfiyyat məlumatları ilə təmin edib. Tehran rejimi maksimum çalışırdı ki, bu işğal müddəti uzansın, Azərbaycan cəmiyyəti parçalanmış, daxili didişmələr içində çırpınan, heç bir ideologiyaya, dəyərlərə malik olmayan, İranın dini mərkəzlərinin, məscidlərdəki agenturanın diktəsi ilə oturub-duran kütləyə çevrilsin.
Tehran rejimi ağır iqtisadi sanksiyalar altında boğulsa da bu hədəflərinə çatmaq üçün böyük maliyyə, inzibati, siyasi, diplomatik, kəşfiyyat resursları səfərbər edib. Nəyin bahasına olursa-olsun, Azərbaycan bir dövlət kimi olmamalıydı, çünki firavan, azad, çiçəklənən, demokratik Azərbaycan teokratik rejimin qamçıları altında inləyən milyonlarla türkün nicatına çevrilə bilərdi. İranda bu ölkəni yüz illərlə idarə etmiş, bir əsrdə 3 dəfə inqilab edən, öz milli dəyərlərinə bağlı Cənubi Azərbaycan türkləri teokratik rejimin əsas qorxusudur. Onlara qarşı istibdad rejiminin həyata keçirdiyi repressiyalar tarixdə qəddarlığın, vandalizmin az saylı nümunələrindən biridir.
İranla Azərbaycan arasında əsas ziddiyyətlərın qısa təsviri bundan ibarətdir. Tehranın son illər daha da aqressivləşməsi 2020-ci ildə Azərbaycan ordusunun zəfəri ilə başa çatan 44 günlük müharibənin Cənubi Qafqaz regionunda yaratdığı yeni geosiyasi reallıqlardır.
Birincisi, İranın əsas təzyiq aləti Ermənistan Azərbaycana qarşı hərbi-siyasi təzyiq aləti rolunu itirib;
İkincisi, Azərbaycan 30 ilə yaxın işğal altında olan sərhədlərinə nəzarəti bərpa edib və nəticədə Tehran-İrəvan əlaqələrinin logistika xətlərini nəzarətə götürüb;
Üçüncüsü, Ermənistan 10 noyabr bəyanatı ilə Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqənin yaradılması öhdəliyini götürüb. Bu, İran üçün qəbuledilməzdir. Çünki bu əlaqələr Naxçıvanın iqtisadi blokadadan, paralel olaraq, İrandan asılılığından çıxmasına, Azərbaycanın Türkiyə və Türk dünyası ilə quru əlaqələrinin bərpa olunmasına gətirib çıxaracaq. Burada Bakının Zəngəzur dəhlizini hərbi güclə almasından söhbət getmir. Ermənistan özü regionda bütün iqtisadi, kommunikasiya xətlərinin bərpasını öz gələcəyinin qarantı kimi görür, eləcə də regionda İran xaric bütün qüvvələr bu açılımda maraqlıdırlar. Tehranın Ermənistan sərhədlərinin toxunulmazlığını özünün “qırmızı xətləri” elan etməsi bu narahatlıqla bağlıdır.
Beləliklə, İran Azərbaycana qarşı ciddi təhdid mənbəyinə çevrilməsi Bakını ciddi hərəkətə gətirib, son aylarda xarici siyasətdə müşahidə olunan yüksək aktivlik cənubdan gələcək potensial təhlükələrin neytrallaşdırılmasına xidmət edir.
Əvvəla, Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsi imzalayaraq, regionun ən güclü ölkəsini - NATO üzvünü öz milli təhlükəsizliyinin qarantına çevirib;
İkincisi, İsraillə hərbi-texniki, siyasi-diplomatik əlaqələrini yeni səviyyəyə daşıyıb və Təl-Əvivdə uzun illər ləngiyən səfirliyini açıb;
Üçüncüsü, Böyük Britaniya ilə iqtisadi əlaqələrə son illər hərbi-siyasi əməkdaşlıq məzmunu daxil edilib və Bakı-London diplomatik xəttində görünən trafik Tehranı ciddi şəkildə narahat edir.
Nəhayət, dördüncüsü, Azərbaycan anti-İran koalisiyasının işində iştirak etməklə, müdafiədən hücum mövqeyinə keçib. Biz ötən il İranın Araz sahilində hərbi təlimlərinə cavab olaraq Azərbaycanın yeni nəsil silahlarla silahlanmış ordusunun cənub sərhədlərində genişmiqyaslı manevrlər keçirdiyini gördük. Bu təlimlərdə Türkiyə generalitetinin iştirakı, habelə ondan əvvəl və sonra Bakıda Türkiyə, İsrail müdafiə və təhlükəsizlik rəsmilərinin sıx görüşməsi də Tehran qarşısında müttəfiqlərin güc nümayişi idi.
Yanvarın 22-də Tehranda Azərbaycan səfirliyinə qarşı təşkil edilmiş terror hücumu İranın cavab addımı hesab oluna bilər. Amma maskalanmış bu hücum nəinki Bakın çəkindirdi, əksinə, diplomatik münasibətləri dibə çəkdi, Azərbaycan Tehrandakı səfirliyinin bütün heyətini evakuasiya edərək, yalnız Təbrizdə konsulluğunu saxladı. Bu terrora görə bütün dünya İranı qandı və... iki gün sonra İranın 25 hərbi obyektinə İsrailin gerçəklədirdiyi hava zərbələrinin şahidi olduq. Bir gün sonra İraq-Suriya sərhədinə terrorçu qruplara silah-sursat daşıyan maşın karvanları darmadağın edildi. İran bu hücumlara cavab vermədi, İsrail rəhbərliyinin təsdiq açıqlamalarına rəğmən, hətta onu ittiham etməyə cəsarət etmədi. Çünki bunun arxasınca cavab addımı atılmalıydı, amma Tehran rejimində güc, cəsarət yoxdur. Bəzi dairələr bu hücumun Azərbaycan tərəfindən dəstəkləndiyini iddia etsə də İran hakimiyyəti İraqdakı amorf kürd yaraqlılarını nişan verməklə, vəziyyətdən çıxmağa çalışdı.
İran rejiminin vəziyyəti kifayət qədər mürəkkəbdir. Ötən ilin ikinci yarısından başlayan etiraz aksiyaları miqyasına görə yaxın tarixin bütün etirazlarını kölgədə qoydu. Rejim yüzlərlə nümayişçini güllələyib öldürməyə, minlərlə vətəndaşı həbs etməyə məcbur oldu, amma narazılığı güclə yatırmağa nail olmadı. Bu hadisələr hakim rejimlə xalq arasında uçurumu dərinləşdirdi, klerikal hakimiyyətin, təhlükəsizlik qüvvələrinin xalqa düşmən münasibətini üzə çıxardı, nəticədə cəmiyyət onun simvollarına qarşı “müharibə” elan etdi. Biz aksiyalar zamanı dini liderin posterlərinin, rejimin simvollarının, hətta İranın dövlət bayraqlarının yandırıldığını gördük.
Bu aksiyalar molla rejiminin artıq tükəndiyini göstərdi, siyasi elitada dərin ziddiyyətlər yenidən üzə çıxdı, xalqların azadlıq mücadiləsi yenidən alovlanmağa başladı. İndi “İranın gələcəyi necə olacaq”, sualı təkcə bu ölkədə yaşayanları deyil, dünyanın hərbi-siyasi güc mərkəzlərinin baş sındırdığı məsələdir.
İranın vəziyyətini ağırlaşdıran digər məsələ Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə verdiyi hərbi-siyasi dəstəkdir. Ötən il İran raketləri, dronları yüzlərlə ukraynalının ölümünə, kritik infrastrukturun dağılmasına səbəb olub. Ukrayna rəhbərliyi dünyadan İrana qarşı adekvat tədbirlər görməyi tələb edib və nəticədə Qərb ölkələri hələlik iqtisadi sanksiyaları daha da sərtləşdirməyə qərar veriblər. Amma bu kifayət deyil, Tehran rejimi nəyin müqabilində öz varlığını riskə ataraq Rusiyaya dəstək verib? Bu sualın cavabı bu günlərdə İranın nüvə proqramını nəzarətdə saxlayan MAQATE rəhbərliyinin verdiyi bəyanatla aydınlaşır. İran rəsmiləri beynəlxalq müfəttişləri aldadaraq, uranın daha yüksək səviyyədə zənginləşməsinə nail olublar. Bu, teokratik rejimin nüvə silahı yaratmağın bir addımlığında olduğunu göstərir. İsrail ABŞ rəhbərliyi, eləcə də İranın sərhədyanı dövlətlərlə məsləhətləşmlərə başlayıb. Müttəfiqlər körfəzdə yaxın tarixin ən böyük hərbi təlimlərinə başlayıblar və yanvarın 24-də İrana xəbərdarlıq zərbələri endirildi...
Beləliklə, İran-Qərb münasibətləri geridönməz şəkildə pisləşib, beynəlxalq güclər bu dəfə yenidən masa ətrafında əyləşib böhranı həll edəcəklər, yoxsa İranda yaranmış əlverişli vəziyyətdən istifadə etməklə hakim rejimin süqutuna gətirəcək hərbi-siyasi təzyiqləri daha da artıracaqlar, hələ ki, məlum deyil.
Azərbaycan-İran böhranı da bu kontekstdə həllini tapa bilər. Hakim rejim, gözlənildiyi kimi, Qərbin təzyiqi ilə devriləcəksə, İranda Azərbaycanla ənənəvi düşmənçilik siyasətindən imtina edən qüvvələr hakimiyyətə gələcəksə, bu, xarici təhdidlərdən birindən xilas olmaq anlamına gələcək.
Azərbaycan, əlbəttə, İrana qarşı müharibə istəmir, bu onun həyati maraqlarına uyğun deyil, çünki müharibə böyük fəlakətdir, İraq və Suriyadakı qeyri-stabilliyin nəinki yaxın Şərq, eləcə də Avropa üçün böyük təhdidlər yaratdığı yaxın tarixin hadisələridir.
Turqut