İran BAEA müfəttişlərini öz ərazisinə buraxmasa ABŞ danışıqlardan çəkiləcək
24 İyun 2026
"Əgər İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərini öz ərazisinə buraxmasa, Vaşinqton bu ölkə ilə danışıqları davam etdirməyəcək".
"İnterfax" agentliyi xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Onlar səhv edirlər. Əgər onların haqlı olduğu məlum olsa, mən dərhal danışıqlardan çəkiləcəyəm", - deyə Tramp Vaşinqtonda jurnalistlərə bildirib.
Ağ Evin rəhbəri əmin edib ki, əvvəllər Vaşinqton Tehrandan bu cür yoxlamaların keçiriləcəyinə dair təminat alıb. Onun sözlərinə görə, BAEA ekspertləri öz işlərini "lazımi vaxtda" yerinə yetirəcəklər.