Logo
news content
User
Kateqoriyalar

Xəbər

"İran Azərbaycanda 18 deputatın seçilməsi üçün milyonlarla vəsait ayırmışdı" - Səyavuş Heydərov

İran Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün milyonlarla dollar vəsait ayırmışdı.

Bu fikirləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

"Doxsanıncı illərdə təhlükəsizlik orqanı çox unikal bir əməliyyat keçirdi. O zaman Birinci Qarabağ müharibəsində iştirak edən iranlı müşahidəçilərin sülhsevər yox, düşmənçilik faəliyyəti ilə məşğul olduqları bilindi. Həmin müşahidəçilərdən aşkarlanmış şifrələnmiş mətnlərdə Azərbaycanda İslam partiyasının inkişaf etdirilməsi və Azərbaycanda İslam dövlətinin qurulması üçün İrandan alınan təlimat və buradakı vəziyyətin onlara çatdırılması ilə bağlı kifayət qədər məlumat aşkarlandı, - deyə o vurğulayıb.

"Artıq o dövrdən bildik ki, İran bizim üçün kimdir. Hətta həmin dövrdə Azərbaycanda parlament seçkiləri yaxınlaşırdı. Şifrələnmiş mətnlərdə aşkarlandı ki, Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün İran tərəfindən milyonlarla dollar vəsait ayrılıb. Nəhayət, Ulu Öndər Heydər Əliyevin dövründə, onun səylərindən sonra onlar ölkədən çıxarıldı. O cümlədən, İslam partiyası ilə bağlı da onların istintaqı, məhkəməsi zamanı bizə qarşı çox ciddi təhdidlər vardı. İran istəyirdi ki, Azərbaycan zəifləsin, Azərbaycan kimi dövlət tamamilə xəritədən silinsin", - deyə o əlavə edib. (Trend)