Logo
news content
User
Kateqoriyalar

Xəbər

İntihara cəhd edən jurnalistin son vəziyyəti açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı açıqlama yayıb.

TƏBİB-dən bildirilib ki, hazırda jurnalistin vəziyyəti stabildir.

“27 fevral 2023-cü il saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən 1982-ci il təvəllüdlü vətəndaşın vəziyyəti stabildir. Hazırda müalicəsi davam etdirilir”, - rəsmi məlumatda qeyd olunub.

Qeyd edək ki, A.Əliyevanın başqa imza ilə Operativ Qərargahı tənqid edən yazı yazmasından sonra “Azərtac”dakı işindən kənarlaşdırılıb. Məsələyə görə məhkəməyə müraciət edilib. A.Əliyeva işinə bərpa edilməsini tələb edib. İşə bərpa olunmadığından isə ötən gün intihara cəhd edib.