İnfeksionist qriplə bağlı xəbərdarlıq etdi: "Diqqətli olmaq lazımdır"
08 Fevral 2023
Soyuq aylarda infeksiyalar aktivləşir. Bunlar arasında ən təhlükəlisi qripdir.
Pressklub.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, qrip infeksiyası zamanı sinir sisteminin, müxtəlif orqanların zədələnməsi ola bilər:
"İlk günlərdə diqqət edilməsə, ciddi ağırlaşmalar ola bilər. Qripin müalicəsində birinci şərt diaqnozun qoyulmasıdır. İlk iki sutka ərzində antivirus preparatlarında istifadə effektivdir. Antibiotiklərdən istifadə isə yolverilməzdir. Onun viruslara heç bir faydası yoxdur, əksinə immuniteti zəiflədir".
Təyyar Eyvazov dəyişkən havalarda virusdan qorunmadan danışarkən soyuq aylarda respirator virus infeksiyalarının çox yayıldığı müddətdə xəstə uşaqların bağçaya, məktəblilərin isə dərsə getməmələri tövsiyə olunduğunu deyib.
O bildirib ki, soyuq aylarda geyimlər düzgün seçilməlidir: “Hətta işləyən şəxslərin də bir müddət ev şəraitində müalicə almaları tövsiyə edilir. Çünki xəstə insanın 2-3 gün evdə qalıb ən azından yoluxuculuq müddətinin bitməsini gözləmək məqsədəuyğundur. İnanırıq ki, yaza doğru xəstə insanların sayı azalacaq və indiki kimi təşviş də olmayacaq. Payız-qış mövsümündə xəstələnmə sayının çox olması təbiidir. Sadəcə bu dövrdə məsuliyyətli olmaq lazımdır. Xəstə insanlarla təmasda olan şəxs qoruyucu maskadan istifadə etməli və digər gigiyenik qaydalara ciddi əməl edilməlidir”.