Logo
news content
User
Kateqoriyalar

Xəbər

İmamoğluya Ərzurumda hücum edən 16 nəfər saxlanılıb

Xəbər verdiyimiz kimi, İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu Ərzurumda keçirdiyi mitinq zamanı daşlı hücuma məruz qalıb.

“NTV” xəbər verir ki, İmamoğlunun daşa basılması ilə bağlı şübhəli şəxslər saxlanılıb. Bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ “A Haber”in canlı yayımında bildirib.

O qeyd edib ki, həmin şəxslərin həbsinə dair qərar verilib.

Aparılan araşdırmalar nəticəsində insidenti törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb. Bundan əlavə, daha bir neçə nəfər axtarılır.

Bununla yanaşı, hadisə zamanı 12 nəfərin yaralandığı məlum olub. Yaralılara xəstəxanalarda tibbi yardım göstərilib və onlar evə buraxılıb.