İlon Mask təhlükədən danışır - "Süni İntellekt araşdırmalarına ara verilməlidir"
30 Mart 2023
Forbes jurnalının versiyasına görə dünyanın ən zəngin biznes adamı İlon Mask və bir qrup texnologiya ekspertləri Süni İntellektin (Sİ) yeni sistemlərə təlimləndirilməsinə dərhal ara verilməsinə çağırıb.
Onların fikrincə hazırda təlimləndirilən modellər cəmiyyət üçü təhlükə yarada bilər.
Sözü gedən məktubu Maskın maliyyələşdirdiyi Future of Life Institute qeyri-kommersiya şirkəti dərc edib.
Məktub mindən artıq ekspert tərəfindən imzalanıb.
İnsandan ağıllı
Məktubda iddia olunur ki, Süni İntellekt sistemlləri insanın inkişafını dəyişə bilər və buna görə də müvafiq miqyasda diqqət və resurslarla idarə olunmalıdır:
"Qüdrətli Süni İntellekt yalnız o halda işlənməlidir ki, biz onun işinin müsbət olacağından əmin olaq və mümkün riskləri idarə edə bilək”.
Məktub müəllifləri qeyd edirlər ki, Sİ-nin müasir sistemləri məsələlərin həllinin geniş spektrində insanla rəqabət aparmağa qabildir və buna görə də bəşəriyyət bütün işlərin avtomatlaşdırılmasının zəruriliyini nəzərdən keçirməlidir.
Məktubda deyilir ki, əks halda “sivilizasiya üzərində nəzarət itə” və insandan ağıllı sistemlər onun özünü “gərəksiz” edə bilər.
Bu iş texnologiya liderlərinə etibar edilməməlidir
Müraciətdə bu da qeyd olunur ki, belə məsələlərin həlli texnologiya sahəsinin liderlərinə həvalə olunmamalıdır, çünki onları bu vəzifəyə heç kəs seçməyib.
Məktubu imzalayanlar istənilən Süni İntellekt sistemlərinin hazırda ictimai məkanda olan GPT-4 modelindən daha da inkişaf etmiş modellərinin işlənməsinin yarım il müddətinə dayandırılmasını təklif edirlər.
GPT-4 modelini OpenAI şirkəti işləyib hazırlayıb.
Məktubu imzalayanların arasında Sİ sahəsində tanınmış alimlər – kanadalı Yoşua Bencio və britaniyalı Stüart Rassel də var.
Bu məktuba habelə OpenAI şirkətinin məhsulları ilə rəqabət aparan SI mühəndisləri də imza atıblar.
OpenAI şirkətinin əsasını qoyanlardan biri də Maskın özüdür, lakin o 2018-ci ildə şirkəti tərk edib və səhmlərini satıb.