İlk uçuş və okeana gömülən 100 milyon - F-35-i batıran pilot
07 Fevral 2022
Yanvarın sonlarında Yapon dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin “Carl Vinson” təyyarədaşıyan gəmisinin göyərtəsinə enməyə cəhd edərkən qəzaya uğrayan və dənizin dibinə batan F-35 qırıcısı ilə bağlı yeni təfərrüatlar və qəza anının yeni videokadrları yayılıb.
Təyyarənin dünyada ilk F-35 qadın pilotu, kapitan Anneliza Sats tərəfindən idarə edildiyi məlum olub. Bu, kapitanın təyyarədaşıyanın göyərtəsindən ilk uçuşu idi və elə ilk uçuşdaca o, kobud səhvə yol verərək qırıcını təyyarədaşıyana çırpıb.
İnternet mənbələrində göstərilir ki, Anneliza Sats 2019-cu ilin iyununda F-35B pilotu kursunu tamamlayıb və bu təyyarələrdə uçmaq lisenziyası alıb. O, həmin il ABŞ dəniz piyadaları korpusunun Yaponiyada dislokasiya olunmuş 121-ci qırıcı eskadrilyasına təyin olunub. Dəniz piyadaları korpusunda xidmətə başlayana qədər Anneliza Sats “Robinson R44” vertolyotunun kommersiy pilotu lisenziyasını alıb, bu onun hərbi təyyarəçi karyerasında ilk addım olub. Daha sonra o, T-6 Texan II və T-45G Goshawk təyyarələrində uçub. 2018-ci ildə isə ilk dəfə F-35 qırıcısının sükanı arxasına keçib.
Dənizə düşən qırıcının şturvalı arxasında qadın pilotun olduğunu KİV-lərə “Carl Vinson” təyyarədaşıyanının heyət üzvlərindən biri ötürüb. Mənbə deyib ki, qadın tam təlim kursu keçməsinə, təyyarədaşıyanın göyərtəsinə enib-qalxmaq proqamını uğurla tamamlamasına baxmayaraq o, ilk dəfə idi əsl təyyarədaşıyanın göyərtəsindən havaya qalxdırdı.
Qəza anının KİV-lərə ötürülən yeni videokadrlarında qırıcının göyərtəyə enmə anında pilotun necə səhvə yol verdiyi görünür, təyyarə göyərtəyə çatmağa az qalmış hündürlüyün düzgün seçilməməsi nəticəsində alt hissəsi göyərtəyə dəyir. Bu zaman dispetçerlər təşviş içərisində pilotu xəbərdar etməyə çalışır, amma nəticə olmur. Həmin görüntülərin yayılması ABŞ komandanlığını qəzəbləndirib və bildirilir ki, video təyyarədaşıyanın heyət üzvlərindən biri tərəfindən sızdırılıb. Onun kimliyinin müəyyən edilməsi üçün təhqiqat aparılır.
Xatırladaq ki, bundan əvvəl ABŞ mediası dənizin dibinə batan həmin qırıcını çıxarmaq üçün Rusiya və Çinin sualtı qayıqlar göndərə biləcəyi haqda yazmışdı. Əgər F-35 qırıcısı Rusiya və ya Çinin əlinə keçsə bu, məxfi texnologiyaların da ələ keçirilməsi demək olardı.