Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyevə "TOGG" elektromobili hədiyyə edildi

Çərşənbə axşamı prezident İlham Əliyev Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

Türkiyə  nümayəndə heyəti bu ölkənin ilk yerli elektromobili "Togg"u Əliyevə gətirib. Azərbaycan prezidenti bu avtomobilin ikinci sahibi olub. İlk avtomobil Türkiyə prezidenti Recep Tayyip Erdoğana təqdim edilib.

Əliyev qeyd edib ki, "son illərdə Türkiyədə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsullar istehsal olunur". Bu, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəlib, deyə Əliyev əlavə edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.