Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Slovakiyada rəsmi səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 8-də Slovakiyaya rəsmi səfəri başlayıb.

Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşıladılar.