Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyətilə görüşüb

Sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında iştirak edib.

Bu ali məktəb 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərpa edildikdən sonra dövlət başçısının qərarı ilə yaradılıb.

Əliyev müəllim və tələbələrlə görüşdə Qarabağ Universitetinin yaradılmasını tarixi hadisə adlandırıb.

Universitetin açılışı münasibətilə ali məktəbin  yataqxanaları təmir edilib.

Növbəti üç il ərzində yeni tədris korpusları tikiləcək.

Əliyev tarixə qısa ekskurs edərək qeyd edib ki, Xankəndi Azərbaycanın qədim yaşayış   məskənidir, bu da "Xan kəndi" toponimindən məlum olur.

Əliyev xatırladıb ki, XIX əsrin əvvəllərində bağlanmış Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri faktiki olaraq regionun sonrakı işğalını şərtləndirib.

Çünki müqavilələr İrandan və Şərqi Anadoludan ermənilərin regiona kütləvi köçürülməsinə zəmin yaradıb.

Lakin Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində işğal olunmuş ərazilər azad edildi, prezident  sözlərinə davam edib.

 “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan ordusu dövlət suverenliyini tam bərpa edib. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”, - dövlət başçısı vurğulayıb.

İlk tədris ilində (2024/2025-ci illər)  Qarabağ Universitetinə 1000 minə yaxın tələbə qəbul olunub. Onlar 4 fakültədə 20-dən çox ixtisas üzrə təhsil alacaqlar.