Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Mühnen konfransında iştirak etmək üçün Almaniyaya gedib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada səfərdədir. Pressklub.az xəbər verir ki, o, 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Qeyd edək ki, ənənəvi Münhen Konfransı 17-19 fevral tarixlərində keçiriləcək.

Səfər zamanı dövlət başçısını xarici işlər naziri Ceyhun Bayramovun və energetika naziri Pərviz Şahbazovun müşaiyət edirlər.

Digər Cənubi Qafqaz ölkələrinin - Ermənistan və Gürcüstanın hökumət başçıları - Nikol Paşinyan və İrakli Qaribaşvili də Münhenə gediblər.

Elə bu gün Əliyev Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə görüşüb, bu barədə dövlət başçısının saytında bildirilir.