İlham Əliyev: “İran Azərbaycana təzyiq edə bilməz”
03 May 2023
İranın Ermənistana dəstəyinə və Tehranın Yerevanla sıx əlaqələrinə baxmayaraq, Azərbaycanın İranla münasibətləri rəvan idi. İkinci Qarabağ Müharibəsindən sonra İranla Azərbaycan arasında münasibətlər pisləşdi, amma bu, Bakının təşəbbüsü ilə olmadı. Bu barədə dövlət başçısı İlham Əliyev çərşənbə günü Şuşada beynəlxalq konfrans iştirakçıları qarşısındakı çıxışında bildirib.
"Hər şey Laçın-Xankəndi yolunda bizim monitorinqimiz zamanı İran yük maşınlarının Qarabağa axınının qeydə alınması ilə başladı. Bu, qanunsuz idi, çünki Azərbaycanın ərazi bütövlüyünü tanıyan İran onu pozmamalıdır", - Əliyev deyib.
Monitorinq bunun müntəzəm baş verdiyini təsdiqlədi. Bu barədə İranın Bakıdakı səfirinə xəbərdarlıq edildi və İranın bu praktikaya son qoyacağını gözlədik. Ancaq bu, baş vermədi. Azərbaycan rəsmi etirazını bildirdi, lakin bundan sonra İrandan Qarabağa nəqliyyat axını daha da artdı.
"Hətta biz Azərbaycanı aldatmaq və digər ölkələrdən avtonəqliyyat adı altında Qarabağa qanunsuz daşımalar həyata keçirmək cəhdlərini də gördük. Həmin yük maşınlarının sürücüləri olan İran vətəndaşlarını saxladıq, onların sənədlərində isə göstərilirdi ki, yüklər İrandan Stepanakert-Ermənistana göndərilib", - Əliyev deyib.
Qarabağa qanunsuz nəqliyyat dayandırılsa da, İranda Azərbaycanın ünvanına müxtəlif səviyyələrdə tənqid və təzyiq kampaniyası, açıq təhdidlər başladı. İş hərbi təlimlərin keçirilməsinə və İranın Azərbaycanın ünvanına birbaşa təhdidlərinə qədər gəlib çatdı. Cavab olaraq, Azərbaycan eyni təlimləri Türkiyə Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə keçirdi.
Bundan sonra İranın rəsmi şəxsləri dəfələrlə bəyan etdilər ki, münasibətlərin yaxşılaşdırılmasını istəyirlər, lakin bundan sonra Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədildi. "Bu, bütün razılaşmaları və vədləri pozdu. Bir saat ərzində terrorçu İran polisinin gözü qarşısında səfirliyə hücum etdi. Sonradan hakimiyyət öz xanımına görə səfirliyə gələn terrorçunu ağıldankəm elan etdi.
Bir müddət öncə Bakıda İranpərəst şəxslər tərəfindən Azərbaycan parlamentinin üzvünə qarşı terror aktı törədildi. Müəyyən edildi ki, onlar İrandan göstəriş alıblar. Bütün bunlar İranın qırmızı xətləri pozması oldu", - Əliyev vurğulayıb.
Hazırda münasibətlər ən aşağı səviyyədədir və gələcəkdə necə olacağını söyləmək çətindir. "İranda hər kəs bir həqiqəti dərk etməlidir - Azərbaycana təzyiq göstərmək cəhdləri nəticə verməyəcək", - İlham Əliyev fikrini yekunlaşdırıb.