Logo
news content
User
Kateqoriyalar

Xəbər

İçki qabında xəstəyə sistem köçürülüb? - FOTO

Sosial şəbəkədə qazlı içki şüşəsində xəstəyə sistem qoşulması ilə bağlı görüntü yayılıb.

Görüntünün 1 saylı Kliniki Tibbi Mərkəzdə çəkildiyi iddia olunur.

Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəz bildirilib ki, məsələ araşdırılıb və təsdiqini tapmayıb.

Kliniki Tibbi Mərkəzin yaydığı açıqlamada deyilir:

“Bəzi qeyri-ciddi sosial şəbəkə səhifələrində yayımlanmış, Kliniki Tibbi Mərkəzdə çəkildiyi iddia edilən fotoşəkil saxtadır və bunu qərəzli paylaşımlar hesab edirik. Bunu yayan ilk mənbə ilə də əlaqə saxlanılıb, bu cür saxta və böhtan xarakterli paylaşıma görə etiraz olunub. Onlardan həmin saxta paylaşımın yığışdırılması tələb olunub, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilib.

Kliniki Tibbi Mərkəz olaraq digər sosial şəbəkə səhifələrindən və eləcə də ciddi xəbər saytlarından xahiş edirik ki, bu cür dəqiqləşdirilməmiş, saxta və böhtan xarakterli fotoşəkillərin, o cümlədən, məlumatların yayılmasında vasitəçi olmasınlar.

Bir daha bildiririk ki, Kliniki Tibbi Mərkəzin Mətbuat xidməti bütün media nümayəndələrinə hər zaman açıqdır və istənilən məlumatı operativ cavablandırmağa hazırdır”. (“Qafqazinfo”)