İbrahim Kalın İsveç və Finlandiyaya NATO ilə bağlı vaxt qoyub
15 Yanvar 2023
“İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.
Onun sözlərinə görə, prezident seçkiləri öncəsi Türkiyə Böyük Millət Məclisinin tətilə çıxmasına bu qədər vaxt qalıb.
“Alyansın sammitinə qədər onların NATO-ya üzv olmaq istəsələr, bizim zaman məsələmiz var. Nəzərə alsaq ki, parlament seçkilərə bir müddət qalmış tətilə gedəcək, bütün bunları etmək üçün sizin (İsveç və Finlandiya - red) 2-2,5 ay vaxtınız var”.
Kalın bildirib ki, İsveç və Finlandiyanın ərizələrinin Türkiyə parlamenti tərəfindən təsdiqlənməsi tərəflərin Ankaranın tələblərini nə dərəcədə tez yerinə yetirməsindən asılıdır. O, həmçinin əlavə edib ki, əsasən dəyişikliklər Stokholmdan tələb olunur:
“İsveç keçən il Madriddə imzalanmış sazişin həyata keçirilməsinə tam sadiqdir. Lakin ölkənin məhkəmə sisteminə terrorizmin yeni təriflərini tətbiq etməyə imkan verəcək qanunların daxil edilməsi üçün daha altı ay lazımdır. Nəticədə Stokholm terror təşkilatlarına İsveçin artıq onlar üçün təhlükəsiz sığınacaq olmadığına dair siqnal göndərməlidir”.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Stokholm PKK terror təşkilatını dəstəkləyənlərə qarşı qətiyyətli tədbirlər görməyincə, Ankara İsveçin NATO üzvlüyünə dəstək verməyəcək.