Hüquq müdafiəçiləri gözlənilən əfv fərmanı ilə əlaqədar təşəbbüs irəli sürüblər
26 Yanvar 2023
Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu (AHMTMQ) 30-a yaxın siyasi məhbusun adı yer alan siyahını Əfv Komissiyasına təqdim edib. Bu barədə Turan-a AHMTMQ-nin üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Fevralda komissiyaya yeni şəxslərin adlarının daxil edildiyi yenilənmiş siyahı təqdim ediləcək. Bundan başqa, hüquq müdafiəçiləri 20 ildən çoxdur həbsdə olan, "müəyyən hal və şərtlərlə" əlaqədar ağır cinayətlərə görə mühakimə edilmiş şəxsləri əfv etməyi xahiş edirlər.
Hüquq müdafiəçisi bu şəxslər arasında "1995-ci il XTPD qiyamı" haqqında işin fiqurantlarının adlarını çəkib.
Qeyd edək ki, bu şəxslər əvvəlcə güllələnməyə məhkum ediliblər, amma ölüm cəzası ləğv edildiyinə görə ən ağır cəza ömürlük həbslə əvəz olunub.
Hüquq müdafiəçilərinin fikrincə, bu işlər üzrə istintaq obyektiv aparılmayıb, ittihamlar əsassız olaraq ağırlaşdırılıb.
Dünən parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bu ilin mayında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti əvf fərmanı olacaq.