Logo
news content
User
Kateqoriyalar

Xəbər

Humanitar fəlakət yaxınlaşır... - Dünya Bankından ərzaq böhranı xəbərdarlığı

“Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan ərzaq böhranı humanitar fəlakətə səbəb ola bilər”.

Bu barədə Dünya Bankının prezidenti Devid Malpass xəbərdarlıq edib.

O qeyd edib ki, ərzaq qiymətlərindəki rekord artım yüz milyonlarla insanı yoxsulluğa sürükləyir:

"Yetərsiz qidalanan insanların sayı sürətlə artır. Dünya Bankı ərzaq qiymətlərində 37 faiz nəhəng sıçrayışın olacağını proqnozlaşdırır. Bu, humanitar fəlakətdir. Qidalanma azalır”.