
Hindistan və Pakistan qoşunları sərhəddən geri çəkəcəklər
13 May 2025
Hindistan və Pakistan qoşunlarını sərhəddən geri çəkməyi nəzərdən keçirəcək.
Bu barədə ANI agentliyi iki ölkənin hərbi əməliyyat komandirləri arasında aparılan danışıqların yekunları üzrə məlumat yayıb.
“Müzakirələrdə əsas diqqət hər iki tərəfin bir-birinə qarşı heç bir atəş açmaması və ya təcavüzkar və düşməncəsinə hərəkətə keçməməsi öhdəliyinin davam etdirilməsinə yönəldilib. Həmçinin qərara alınıb ki, hər iki tərəf sərhəddə və ön cəbhə bölgələrində qoşunların azaldılmasını təmin etmək üçün təcili tədbirləri nəzərdən keçirsin”, - agentlik Hindistan ordusunun açıqlamasından sitat gətirib.
Daha əvvəl Dehli və İslamabadın danışıqları davam etdirmək niyyətində olduğu məlum olmuşdu. Danışıqların növbəti tarixi yaxın vaxtlarda açıqlanacaq.