Hikmət Mirzəyevə "general-polkovnik" hərbi rütbəsi verilib
07 Noyabr 2024
Dövlət başçısının sərəncamı ilə müdafiə nazirinin müavini və Quru Qoşunları komandanı general-leytenant Hikmət Mirzəyev general-polkovnik rütbəsinə layiq görülüb.
Qeyd edək ki, Mirzəyev uzun illər və müharibə dövründə Xüsusi Təyinatlı Qüvvələrin komandiri olub. Məhz onun tabeliyində olanlar Azərbaycanın qələbəsində həlledici rol oynayıblar. Şuşa şəhərinin azad edilməsi üzrə əməliyyatı məhz Mirzəyev hazırlayıb və həyata keçirib.
Sonradan Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib və görünür, gələcəkdə müdafiə naziri postunu tutacaq.