Hikmət Hacıyev: “Ordumuz Qarabağda qanunsuz qüvvələrin müdafiə xəttini yarıb”
19 Sentyabr 2023
Azərbaycan Ordusu Qarabağda bir neçə istiqamətdə qanunsuz erməni silahlı birləşmələrinin müdafiə xəttini yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlayıb.
H.Hacıyevin sözlərinə görə, Bakı yalnız tərksilah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur.
“Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, - Prezidentin köməkçisi vurğulayıb.
Onun sözlərinə görə, Bakı lokal xarakterli antiterror tədbirləri ilə strateji hədəfinə - öz ərazisi üzərində suverenliyini təmin etməyə - nail olacağına inanır.