Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hikmət Hacıyev helikopter qəzası ilə bağlı yayılan məlumatlardan danışdı

Prezidentin köməkçisi Hikmət Hacıyev DSX helikopterinin qəzası ilə bağlı yayılan məlumatlardan danışıb.

Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib ki, belə hadisələr zamanı müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur.

Onun sözlərinə görə, ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir:

"Nəzərə almaq lazımdır ki, insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, belə hadisələr zamanı bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa həlak olan, yaralanan insanların adı çəkilir. Bu, ailələr üçün zərbə ola bilər", - deyə o bildirib.